"International Leasing" ASC 1 milyon manatlıq səhm emissiyası elan edib.
Yurd.Media xəbər verir ki, şirkət səhmlərinin emissiya prospektini Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirib.
Sənədə əsasən, nominal dəyəri 50 manatdan 20 000 ədəd yeni səhmin yerləşdirilməsi nəzərdə tutulur. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bütün səhmlər satılsa, "International Leasing"in nizamnamə kapitalı 2 dəfə artaraq 2 milyon manata yüksələcək.