SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
İki qardaşın lizinq və lombard biznesi çiçəklənir - RƏQƏMLƏR

İki qardaşın lizinq və lombard biznesi çiçəklənir - RƏQƏMLƏR

  • 01 sentyabr 2025, 10:49

“International Leasing” ASC 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, şirkət yanvar-iyun aylarında 0,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,05 dəfə çoxdur.

Bu il iyulun əvvəlinə “International Leasing”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 2,3 dəfə çox - 3 milyon manat, o cümlədən lizinq portfeli 2,2 dəfə çox – 2,5 milyon manat təşkil edib.

Şirkətin öhdəlikləri 1,7 milyon manat (10,6 dəfə çox), balans kapitalı isə 1,3 milyon manat (12,05% çox) olub.

Bundan başqa, “Express Lombard” ASC də 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb. Şirkət yanvar-iyun aylarında 0,3 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 dəfə çoxdur.

Bu il iyulun əvvəlinə “Express Lombard”ın aktivləri ötən il iyulun əvvəlinə nisbətən 4 dəfə çox - 5 milyon manat, o cümlədən lombard portfeli 3,7 dəfə çox – 3,9 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 3,7 milyon manat (175 dəfə çox), balans kapitalı isə 1,3 milyon manat (8,1% çox) olub.

Adları çəkilən şirkətlərin hər ikisinin səhmdarları hər biri 45% payla Nicat və Rifat Həsənovlar, eləcə də 10% payla Leyla Cabbarovadır. R.Həsənov həm də “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) sahibidir. Bu kredit təşkilatının İdarə Heyətinə N.Həsənov sədrlik edir.

Prime Leasing