SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
İcbari sığorta bahalaşır - Ekspertdən İZAH

İcbari sığorta bahalaşır - Ekspertdən İZAH

  • 22 yanvar 2026, 12:57

Azərbaycan Mərkəzi Bankı daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanunvericiliyi yeniləmək istəyir - artıq müvafiq qanun layihəsi hazırlanıb.

Yurd.Media xəbər verir ki, bunu maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.

Onun sözlərinə görə, sənəd qəbul olunsa, 30-50 manat ödəməklə evi sığorta etdirmək və 15-25 min manat sığorta təminatı əldə etmək mümkün olmayacaq:

"İcbari sığorta haqqı əmlakın dəyərinə görə müəyyən ediləcək. Məsələn, evin qiyməti 200 min manatdırsa, onu icbari qaydada sığorta etdirmək üçün təxminən 400 manat ödəmək lazım gələcək. İndi qüvvədə olan qanun isə evi, dəyərinin yalnız bir hissəsi qədər sığortalamağa imkan verir. Məsələ ondadır ki, əksər hallarda daşınmaz əmlaklarla bağlı baş verən sığorta hadisələrində dəyən zərərin məbləği az olur, yəni əmlakın tam məhv olması ehtimalı yox dərəcəsindədir".

Bu baxımdan qanunvericiliyin yenilənməsi sığorta şirkətlərinin yığımlarını, vətəndaşların isə xərclərini artıracaq.

maliyyəçi-ekspert Namiq Hüseynovmaliyyəçi-ekspert Namiq Hüseynov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları