Bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 486,5 milyon manat, xərcləri isə 22 760,6 milyon manat təşkil edib.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,5% və 2,1% çoxdur.
Beləliklə, büdcədə 3 715,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 8,3% azdır.