SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
“Express Bank”da 1/3 dəfədən çox GERİLƏMƏ

“Express Bank”da 1/3 dəfədən çox GERİLƏMƏ

  • 16 yanvar 2026, 15:31

"Express Bank" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Bank ötən il 7,3 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 35% azdır.

Bu ilin əvvəlinə "Express Bank"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 7,5% çox – 666,7 milyon manat, o cümlədən xalis kredit portfeli 8,8% çox – 536,7 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 540,4 milyon manat (12,2% çox), o cümlədən depozit portfeli 311,4 milyon manat (18,8% çox), balans kapitalı isə 126,4 milyon manat (8,9% az), o cümlədən nizamnamə kapitalı 112,55 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları