SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
EBRD istiqrazlarını təntənəli şəkildə yerləşdirdi: “Əminik ki, başqaları bizi qısqanacaq”

EBRD istiqrazlarını təntənəli şəkildə yerləşdirdi: “Əminik ki, başqaları bizi qısqanacaq”

  • 01 oktyabr 2025, 11:35

Bu gün “Bakı Fond Birjası" QSC-də (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) 50 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi ilə bağlı “Açılış zəngi” tədbiri keçirilib. 

Yurd.Media xəbər verir ki, tədbirdə EBRD ilə yanaşı Azərbaycan Mərkəzi Bankı, BFB və Milli Depozit Mərkəzinin rəhbər şəxsləri iştirak edib. 

EBRD-nin istiqrazlar, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçixo bildirib ki, bu, yalnız başlanğıcdır: "Biz bununla kifayətlənməyəcəyik və əminəm ki, bu əməliyyat həm bizim, həm də digər beynəlxalq maliyyə institutlarının gələcək buraxılışlarına yol açacaq. Mən əminəm ki, onlar bir qədər qısqanacaq və bu əməliyyatdan sonra bizim ardımızca gələcəklər”. 

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 100 000 manat olan 500 ədəd, yəni 50 milyon manatlıq istiqrazdan gedir. Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Faizlər Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi AZİR indeksinə uyğun olaraq (hazırda illik 7 %-ə yaxındır) rübdə bir dəfə ödəniləcək.

Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Prime Leasing