SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
EBRD Azərbaycanda istiqraz bazarını “öldürəcək

EBRD Azərbaycanda istiqraz bazarını “öldürəcək"

  • 25 sentyabr 2025, 18:04

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda 50 milyon manatlıq istiqraz emissiyası həyata keçirməyi planlaşdırır. 

Yurd.Media xəbər verir ki, qiymətli kağızların emissiya prospekti Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilib. 

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 min manat olan 500 ədəd dəyişən faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. İstiqrazlar "Bakı Fond Birjası" QSC-də yerləşdiriləcək, 1 oktyabr 2025-ci ildən 1 oktyabr 2026-cı ilə qədər dövriyyədə olacaq. Faizlər Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi AZİR indeksinə uyğun olaraq (hazırda illik 7%-ə yaxındır) rübdə bir dəfə ödəniləcək. Prosesin anderrayterləri "ABB-İnvest" və "Unicapital" investisiya şirkətləridir. 

Xatırladaq ki, hazırda Azərbaycanda manatla istiqrazı əsasən bank olmayan kredit təşkilatları və lizinq şirkətləri buraxır. Onlar investorlara illik 12-18% gəlirlilik vəd edir. Lakin bu cür emitentlər elə də etibarlı deyil. EBRD kimi mötəbər bir qurumun illik 7% gəlir vədi isə əksər yerli şirkətlər üçün “göydəndüşmə təklif” ola bilər. Başqa sözlə, EBRD Azərbaycanda istiqraz bazarını “öldürəcək”. 

Prime Leasing