SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Dövlətin “AqrarKredit” BOKT-u nizamnamə kapitalını kəskin artırıb

Dövlətin “AqrarKredit” BOKT-u nizamnamə kapitalını kəskin artırıb

Azərbaycanda dövlətə məxsus olan bank olmayan kredit təşkilatı “AqrarKredit” QSC-nin nizamnamə kapiatalı kəskin artırılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, BOKT-nin nizamnamə kapitalı 45 milyon 339 min manatdan 72 milyon 669 min manata qaldırılıb.

Bu da son əməliyyatda onun nizamnamə kapitalının 60 % artımı deməkdir.

Xatırladaq ki, 1987-ci ildə Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 22 oktyabr 1987-ci ildə keçmiş SSRi Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılmışdı.

Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1988-ci il yanvar ayının 1-dən fəaaliyyətə başlamışdı.

1992-ci il oktyabr ayının 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilmiş və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərmişdi.

Azərbaycan Respublikasında aparılmış bank islahatlarına uyğun olaraq 2001-ci il aprel ayəndan təşkilati hüquqi forması saxlanılmaqla «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərir.

Prime Leasing