SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
“CPM-İnvest İnvestisiya Şirkəti”nin aktivləri 11 dəfəyə yaxın azalıb

“CPM-İnvest İnvestisiya Şirkəti”nin aktivləri 11 dəfəyə yaxın azalıb

  • 01 sentyabr 2025, 12:07

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2025-ci ilin yarısının yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.

Yurd.Media xəbər verir ki, maliyyə qurumu yanvar-iyun aylarında 375 min manat xalis mənfəət əldə edib (ötən ilin eyni dövrünü 23 min manat xalis zərərlə başa vurmuşdu).

Bu il iyulun əvvəlinə “CPM-İnvest”in aktivləri ötən il iyulun əvvəlinə nisbətən 10,5 dəfə az – 2,6 milyon manat təşkil edib.

İnvestisiya şirkətinin öhdəlikləri 28,5 dəfə azalaraq 0,9 milyon manata düşüb, balans kapitalı isə 5,3% artaraq 1,7 milyon manata çatıb.

Prime Leasing