"CFI Financial İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalını 1 450 000 manat və yaxud 31,9 % artıraraq 4 550 000 manatdan 6 000 000 manata çatdırmağı planlaşdırır.
Yurd.Media xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 1 450 ədəd yeni səhm buraxılacaq.
Xatırladaq ki, "CFI Financial İnvestisiya Şirkəti" 2014-cü ildən fəaliyyət göstərən "Azfinance İnvestisiya Şirkəti" QSC-nin bazasında 2024-cü ildə yaradılıb. Onun səhmdarı 100 % dünyanın aparıcı onlayn ticarət brokeri - "CFI Financial Group"dur.