"CFI Financial İnvestisiya Şirkəti" QSC nizamnamə kapitalını 1 450 000 manat və yaxud 31,9% artıraraq 4,55 milyon manatdan 6 milyon manata çatdırıb.
Yurd.Media xəbrə verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində bildirilir.
Məlumata əsasən, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 000 manat olan 1 450 ədəd yeni səhm buraxılıb.
Qiymətli kağızları əsas səhmdar - "CFI Financial Group" əldə edib və investisiya şirkətindəki payını 98%-dən 98,5%-ə çatdırıb.
Əvəzində digər səhmdarların Karim Malas və Mazen Abbasın payları müvafiq olaraq 0,15 %-dən 0,1 %-ə və 1,85 %-dən 1,4 %-ə düşüb.