SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bank Respublika müştəri köçürmələrində xətalara yol verdi - AMB cəzalandırdı

"Bank Respublika" müştəri köçürmələrində xətalara yol verdi - AMB cəzalandırdı

  • 08 may 2026, 20:42

Müştəri köçürmələrində xətalara yol verən "Bank Respublika" cəzalandırılıb.

Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı "Bank Respublika" ASC-yə icrası məcburi sərəncam verib.

Belə ki, “Bank Respublika” ASC müştəri köçürmələrinin və inkasso sərəncamının icrası zamanı “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın tələblərini pozub.

Bununla əlaqədar, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq Mərkəzi Bank tərəfindən “Bank Respublika” ASC-yə qeyd olunan halların gələcəkdə təkrarlanmaması məqsədilə daxili nəzarət sistemlərinin gücləndirilməsi və məsul şəxslər barədə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları