Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 18,65 dəfə üstələyir.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, iyulun 1-nə ölkənin strateji valyuta ehtiyatları təxminən 85,8 milyard ABŞ dolları, xarici dövlət borcu isə 4,6 milyard dollar olub.