SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycanda bu banklar bayramda işləməyəcək - SIYAHI

Azərbaycanda bu banklar bayramda işləməyəcək - SIYAHI

  • 18 mart 2026, 10:28

Azərbaycanda 20-30 mart tarixlərinə təsadüf edən qeyri-iş günlərində ölkədəki 22 bankdan 4-ü fəaliyyət göstərməyəcək.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, həmin banklar “Bank BTB”, “Bank VTB Azərbaycan” və “Zıraat Bank Azərbaycan” ASC-lər, İran Milli Bankının Bakı filialıdır.

Qalan 18 bankın 280 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.

Məqsəd bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları