SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Azərbaycanda 15 bank bayramda “iş başında olacaq”

Azərbaycanda 15 bank bayramda “iş başında olacaq”

  • 29 dekabr 2025, 12:28

Dekabrın 31-dən yanvarın 4-nə qədərki qeyri-iş günlərində Azərbaycandakı əksər bankların filial və şöbələri, eləcə də "Azərpoçt" MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt"un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları