SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycan Sənaye Bankı I yarımilin maliyyə hesabatını verib

"Azərbaycan Sənaye Bankı" I yarımilin maliyyə hesabatını verib

  • 15 iyul 2026, 10:52

"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.

Yurd.Media xəbər verir ki, bank yanvar-iyun aylarında 3,45 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,3% çoxdur.

Bu il iyulun əvvəlinə ASB-nin aktivləri ötən il iyulun əvvəlinə nisbətən 7,3% çox - 874,5 milyon manat, o cümlədən kredit portfeli 33,9% çox – 400,1 milyon manat təşkil edib.

Bankın öhdəlikləri 742,5 milyon manat (7,5% çox), o cümlədən depozit portfeli 513,6 milyon manat (4,7% çox), balans kapitalı isə 132 milyon manat (6,3% çox), o cümlədən nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları