Bu ilin yanvar-avqust aylarında “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin birja dövriyyəsi 3,083 milyard manat təşkil edib.
Bu barədə Yurd.Media-ya “Bakı Fond Birjası”ndan məlumat verilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,2% azdır.
Xatırladaq ki, “Assist Finance Investisiya Şirkəti” ASC 15 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasında qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu "Bank BTB" ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.
Şirkətin əsas fəaliyyəti Azərbaycanda qiymətli kağızlar bazarına, eləcə də beynəlxalq səviyyədə maliyyə bazarları alətlarinə investisiya yatırmaq istəyən müştərilərə vasitəçilik xidmətləri və diler xidmətlərinin göstərilməsindən ibarətdir.