Bu ilin yanvar-aprel aylarında “ABB-İnvest İnvestisiya Şirkəti” QSC “Bakı Fond Birjası” QSC-də 14 047,8 milyon manatlıq əməliyyat aparıb.
Bu barədə Yurd.Media-ya Birjadan bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır.
Həmin dövrdə investisiya şirkətinin birja dövriyyəsi 15 440,2 milyon manat təşkil edib.