SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Xaricdə işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanıldı

Xaricdə işə düzəltmək vədi ilə dələduzluq edən şəxs saxlanıldı

  • 16 noyabr 2025, 18:06

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə insanların etimadından sui-istifadə edərək onları işə düzəltmək adı altında aldadan Tural İslamov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Yurd.Media-ya verilən məlumata görə, araşdırmalarla adıçəkilən şəxsin “WhatsApp” ani mesajlaşma proqramında yaradılan “İş elanları” qrupunda vətəndaşları xaricdə yüksək məvacibli işlə təmin edəcəyinə söz verərək onların pullarını ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, T.İslamov barəsində həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
SPE Annual Caspian