Gədəbəyin Slavyanka kəndində ötən axşam saatlarında 37 yaşlı Rəşad İlqar oğlu İlyasov bıçaqlanaraq qətlə yetirilib.
Onu öldürməkdə şübhəli bilinən isə atası 59 yaşlı İlqar İlyasovdur.
Yurd.Media xəbrəb verir ki, hadisə də elə İ.İlyasovun evində törədilib. Mübahisə zəminində cinayəti törətməkdə şübhəli bilinənin sərxoş vəziyyətdə olduğu bildirilir. Belə ki, əvvəllər də dəfələrlə mübahisələri düşən R.İlyasovun sərxoş atası ilə yenə mübahisələri yaranıb.
Bu zaman İ.İlyasov oğlunu ürək nahiyəsindən bıçaqlayıb. Sonuncu aldığı xəsarətlərdən dünyasını dəyişib.
Kənd sakinləri bildirir ki, ailədə illərdir mübahisələr olub. Hətta İ.İlyasovun həyat yoldaşı və digər oğlu da ona görə evdən çıxıb başqa yerdə yaşayıb. İçki düşkünü olduğu deyilən İ.İlyasovun mərhum oğlu isə bir neçə il öncə boşanıb və ata evində qalırmış.
Hər ikisi kənddə fərdi əməklə məşğul olublar.
Xatırladaq ki, cinayəti törətməkdə şübhəli bilinən İ.İlyasov polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.