SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
DİN onlayn tələ ilə bağlı məlumat yaydı

DİN onlayn tələ ilə bağlı məlumat yaydı

  • 11 noyabr 2025, 18:14

Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var.

Yurd.Media xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.

Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, “pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və banka məlumat verin.

Prime Leasing
SPE Annual Caspian