SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Sosial mediada məşhurlaşmış dilənçi qız oğurluq üstündə tutuldu

Sosial mediada məşhurlaşmış dilənçi qız oğurluq üstündə tutuldu

  • 15 oktyabr 2025, 22:11

Sosial şəbəkələrdə məşhurlaşmış dilənçiliklə məşğul olan qız oğurluq üstündə tutuldu.

Yurd.Media xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakininin ona məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B.Mukavadze (red.-“Tiktok” adı “Aysu”) və T.Bəkirova olması müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sözügedən oğurluq görüntüləri bir neçə gün öncə sosial şəbəkələrdə yayılmışdı. 

Əlavə edək ki, dilənçiliklə məşğul olan qız gözəlliyinə görə qısa zamanda populyarlaşmışdı.

Prime Leasing