SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Polisdən ƏMƏLİYYAT: 2 nəfərdən 60 kq-dan çox marixuana çıxdı - VİDEO

Polisdən ƏMƏLİYYAT: 2 nəfərdən 60 kq-dan çox marixuana çıxdı - VİDEO

  • 16 fevral 2026, 11:58
Astara

Astarada polis 2 əməliyyat keçirərək 60 kiloqramdan çox marixuana götürüb.

Daxili İşlər Nazirliyindən (DİN) Yurd.Media-ya bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Tədbirlərlə əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 25 yaşlı Emin Quliyev saxlanılıb. Ondan 43 kiloqram marixuana və 1520 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti əməliyyat zamanı isə 35 yaşlı Yusif Xalıqov saxlanılıb. Ondan 21 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Polisdən ƏMƏLİYYAT: 2 nəfərdən 60 kq-dan çox marixuana çıxdı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları