Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurla işlədiyi və s. səbəblər irəli sürməklə, onun dəyişdirilməsi adı altında vətəndaşlardan pul aldığı barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən dələduzluq əməllərini törətməkdə şübhəli bilinən Yusif Mərdan oğlu Ağayev saxlanılıb.
Onun törətdiyi əməllərlə bağlı araşdırma aparılır. Y.Ağayevin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə polisə müraciət edə bilərlər.
