SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Tatarıstanda qadının qətli ilə bağlı 12 il sonra məhkəmə – Prokuror 15 il istədi

Tatarıstanda qadının qətli ilə bağlı 12 il sonra məhkəmə – Prokuror 15 il istədi

  • 02 sentyabr 2026, 15:14

Rusiyada 2013-cü ildə baş verən ağır cinayətlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün cəza istəyib.

Yurd.Media-nın məlumatına görə, zorlama və qətl törətməkdə təqsirləndirilən Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə növbəti məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı təqsirləndirilən şəxslərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Qeyd edək ki, hadisə 2013-cü il iyunun 25-də Rusiyanın Tatarıstan Respublikası ərazisində baş verib. Azərbaycan vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər Azaliya Aslanovanı qətlə yetirməmişdən əvvəl ona qarşı cinsi zorakılıq tətbiq ediblər. Onlar qadını qətlə yetirdikdən sonra törətdikləri cinayətin izini itirmək məqsədi ilə meyiti əvvəlcədən qazdıqları quyuda basdırıblar.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları