SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Müəlliməni güllələyən şagird həbs olundu

Müəlliməni güllələyən şagird həbs olundu

  • 07 fevral 2026, 17:01
Bakı

Bakıda müəlliməsini güllələməkdə təqsirli bilinən şagird barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Yurd.Media xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar qəbul olunub.

Ona Cinayət Məcəlləsinin 29, 120.1 (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları