SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Məişət əşyaları və moped oğurlayan şəxslər elə keçirildi

Məişət əşyaları və moped oğurlayan şəxslər elə keçirildi

  • 22 avqust 2026, 21:29

Sabunçu rayonunda yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, pois əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Əliyev və 34 yaşlı V.Bayramov saxlanılıblar.

Araşdırmalarla onların taladıqları məişət əşyalarını satdıqları müəyyən edilib.

Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə zərərçəkənə məxsus 2000 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən N.Mursaquliyev, R.Bayramlı və E.Əliyev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları mopedlə yol nəqliyyat hadisəsi törətdikləri də müəyyən edilib.

Qeydə alınan hadisələr üzrə araşdırma aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları