SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Polis jiletkası geyinib siqaret çəkənlərə qarşı reyd keçirdi

Polis jiletkası geyinib siqaret çəkənlərə qarşı "reyd keçirdi"

  • 18 avqust 2026, 22:49
Bakı

Polis jiletkası geyinib siqaret çəkənlərə qarşı "reyd keçirən" dələduz saxlanılıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul tələb edən şəxs inzibati qaydada həbs edilib.

1995-ci il təvəllüdlü C.V. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində polis əməkdaşına məxsus jiletka geyinərək özünü vətəndaşlara polis əməkdaşı kimi təqdim edib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, C.V. bəzi vətəndaşların müəyyən edilməmiş yerdə siqaret çəkdiyini əsas gətirərək onlardan pul tələb edib.

C.V. məhkəmədə özünü təqsirli bilməyərək bildirib ki, uşaqlıqdan polis olmaq arzusunda olub və məhz bu səbəbdən polis əməkdaşlarına məxsus jiletkanı geyinib. O, heç bir pis niyyətinin olmadığını, polisin adını ləkələyəcək hərəkətə yol vermədiyini deyib.

Təqsirləndirilən şəxs heç kimdən pul almadığını, jiletkanı təxminən 5 ay əvvəl kirayə qaldığı bağdan götürdüyünü və sadəcə həmin geyimdə ərazidə gəzdiyini bildirib. Əməlinə görə peşman olduğunu deyən C.V. barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə C.V.-yə 10 gün müddətinə inzibati həbs tənbehi tətbiq olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları