SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs saxlanıldı

Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs saxlanıldı

  • 17 yanvar 2026, 16:21
Lənkəran

Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3 min manat dəyərində məişət əşyalarını oğurladıqdan sonra evi yandıran şəxs saxlanılıb.

Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb.

Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları