SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Kapital Bank”ın 30-dək müştərisinin kartı talanıb – ADLAR

“Kapital Bank”ın 30-dək müştərisinin kartı talanıb – ADLAR

  • 24 oktyabr 2025, 11:39

“Kapital Bank”ın 30-dək müştərisinin hesabından pulların çıxarılması faktları aşkar olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu barədə Xətai Rayon Məhkəməsi tərəfindən çıxarılan hökmdə qeyd olunub. 
Məlumata görə, bankın müştəriləri - Səltənət Hüseynova, İlyas Babayev, Bənövşə Musayeva, Ağakərim Abbasov, Nəzakət Rzayeva, Namiq Xudiyev, Bənövşə Bilalova, Anargül Məmmədova, Mərmər Hüseynova, Zemfira Bədəlova, Aybəniz Abdullayeva, Mehparə Əsərova, İzafət Hətəmova, Aqibət Həsənəliyeva, Aybəniz Mahmudova, Yusif Həziyev, Nüşabə Hüseynova, Zahimə İbrahimova, Gülnar Hacıyeva, Nurxan Papaladze, Adilə Həsənova, Aytac Fətullayeva, Xəzər Köçərli, Məlahət Gülaləyeva, Qaratel Abışov, Şükufə Cəbrayılova və Şıxalı İbayevin bank kartlarından pullarının gizli talanması müəyyənləşib. 
Lakin həmin şəxslərin bank hesablarından pulun oğurlanmasının iş üzrə adı keçən təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilməyib. Bu səbəbdən yuxarıda adları qeyd olunan bankdan pulları oğurlanan şəxslərin şikayətləri üzrə istintaq araşdırması davam etdirilir. 
Lakin cinayət işi üzrə təqsirləndirilən şəxsin bir nəfərin bank hesabından pul oğurladığı müəyyən edilib. İttihama görə, təqsirləndirilən şəxs Ağdam rayonun Quzanlı kənd sakininin kart hesablarının məxfi məlumatlarını əldə etdikdən sonra həmin məlumatları istifadəsindəki mobil telefonun “Bir Bank” mobil tətbiqinə daxil edib və qeydiyyatdan keçirib. O, zərərçəkmiş şəxsin istifadəsindəki "Kapital bank” hesabından əvvəlcə 500 manat, sonra isə 364 manatı ələ keçirib. 
Məhkəmədə ifadə verən zərərçəkmiş bildirib ki, 50 yaşından etibarən təqaüdçüdür: “Təqaüdüm mənə verilmiş bank kartıma köçürülür. Bundan başqa içərisində 500 manat pul olan “Birkart” kartım da olub. Təqaüdümü almaq məqsədi ilə Ağdam rayon Əfətli kəndi ərazisindəki “Kapital Bank”a məxsus bankomata yaxınlaşdım və təqaüd kartımı daxil etdim. Kartın şifrəsini daxil edərək 364 manat məbləğdə pulun kartda olmadığını müəyyən etdim. Dərhal bankın qaynar xəttinə müraciət etdim. Bankın operatoru tərəfindən kartdakı 364 manat pulun gecə saat 04:30-da internet üzərindən çıxarılması bildirildi”.
Zərərçəkmiş qeyd edib ki, bundan sonra Ağdam rayon Quzanlı kəndində yerləşən “Kapital Bank”ın filialına gəlib: “Orada bank kartımdan 364 manat pulun, eyni zamanda “Birkart” kartından 500 manat pulun internet yolu ilə çıxarılması bildirildi. Buna dair çıxarış mənə təqdim edildi. Həmin çıxarışla birlikdə polisə müraciət etdim. Mənə vurulmuş zərər tam olaraq ödənilib, təqsirləndirilən şəxsdən şikayətçi deyiləm”.
Xətai Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. 

Prime Leasing