SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
İl yarım ərzində 2 dəfə kartlardan pul oğurluğu üstündə tutuldu

İl yarım ərzində 2 dəfə kartlardan pul oğurluğu üstündə tutuldu

  • 13 sentyabr 2025, 11:40
Bakı

Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Naziriliyinin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.

Araşdırmalarla məlum olub ki, Z.Teymurxanov “Instagram”da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini oğurlayaraq öz hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar aparılır. Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Zaur Teymurxanov. Sentyabr 2025Zaur Teymurxanov. Sentyabr 2025

Xatırladaq ki, ötən ilin aprel ayında da polis əməkdaşlarının paytaxt ərazisində həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində 2003-cü il təvəllüdlü Zaur Teymurxanov saxlanılmışdı.

Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub. Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirərərk öz kart hesabına köçürmüşdü.

Zaur Teymurxanov. Aprel 2024Zaur Teymurxanov. Aprel 2024

Prime Leasing