Bakının mərkəzində 5 min manatdan çox xərcləyərək alınan saatlar saxta çıxıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, paytaxtın Səbail rayonunda zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orjinal olmadığı ortaya çıxıb.
Bu yolla vətəndaşın 5200 manatı ələ keçirilib. Polis əməkdaşları qeyd olunan əməli törətməkdə şübhəli bilinən 41 yaşlı R.İsmayılovu saxlayıb.
Rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində isə talama cinayətinin qarşısı alınıb. Müştərinin mağazadan oğurluq etməyə cəhd göstərdiyindən şübhələnən satıcılar dərhal polisə məlumat verib və şübhəli bilinən 42 yaşlı A.Abışova saxlanılıb.