SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Paraplanla keçirilən 70 kq-dan çox narkotiki satmaq istədilər - VİDEO

Paraplanla keçirilən 70 kq-dan çox narkotiki satmaq istədilər - VİDEO

  • 09 iyun 2026, 21:04

"Chevrolet" markalı avtomobildən külli miqdarda marixuana və metadon həbi aşkar edilib.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunan 50 yaşlı Mətanət Qaffarova və sonuncu ilə birlikdə narkotiklərin dövriyyəsində əlbir olan 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar.

Sonuncunun idarə etdiyi "Chevrolet" markalı avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 72 kiloqrama yaxın marixuana və 5687 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Saxlanılanların ölkəyə paraplan uçuş aparatı vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirilən narkotiklərin satışını təşkil etməyi planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

M.Qaffarova və N.Gorodalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paraplanla keçirilən 70 kq-dan çox narkotiki satmaq istədilər - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları