SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Magistralda saxlanılan “Hyundai” sürücüsü narkotik altında olub - VİDEO

Magistralda saxlanılan “Hyundai” sürücüsü narkotik altında olub - VİDEO

  • 10 iyun 2026, 20:38

Ölkənin əsas magistrallarından birində saxlanılan “Hyundai” maşınının sürücüsünün narkotikin təsiri altında olduğu aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Yurd.Media-ya bildirilib ki, Ələt-Astara avtomobil yolunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Bildirilib ki, Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobilin sürücüsü Əjdər Şıxməmmədov Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinə nəticəsində sürücünün narkotik vasitə qəbul etdiyi təsdiqlənib.

Həmçinin avtomobildə olan sərnişinlərdən birinin üzərinə baxış zamanı narkotik vasitələr aşkar edilib.

Faktlarla bağlı hər iki şəxs barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına atan şəxsləri bu cür hüquqazidd əməllərdən çəkinməyə çağırıb və qanun pozuntularına qarşı daha sərt tədbirlərin davam etdiriləcəyini bildirib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları