SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bakıda 1800 manatlıq qızılın oğurlanması kameraya düşdü - VİDEO

Bakıda 1800 manatlıq qızılın oğurlanması kameraya düşdü - VİDEO

  • 20 fevral 2026, 12:33
Bakı

Bakıda 1800 manatlıq qızılı oğurlayan şəxsin əməlləri kameraya düşüb.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, oğurluq hadisəsi paytaxtın Nizami rayonunda baş verib.

Bildirilib ki, rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək, qızılları götürüb aradan çıxdığı məlum olub.

Bakıda 1800 manatlıq qızılın oğurlanması kameraya düşdü - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları