SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Tovuzda məhsuldarlıq bu il az olacaq

Tovuzda məhsuldarlıq bu il az olacaq

Tovuz

Tovuzda güclü yağışlar nəticəsində meyvə bağlarına ciddi ziyan dəyib, bu səbəbdən də məhsuldarlıq az olacaq.

"Yurd.Media" xəbər verir ki, fermerlərin sözlərinə görə, gilasda 100%-ə yaxınlaşan zərərlər oldu, mayalanma olmadı. Ərik ağaclarında isə nəmişlikdən budaqlarda ani quruma baş verir, şaftalı və alçaya da çox ciddi ziyan dəyib.

Mütəxəssis Mehman Dadaşov "ATV"yə bildirib ki, bu il məhsuldarlıq ən azı 50% aşağı düşüb. Gilasda müəyyən sortlara, alça və əriyədə mənfi təsiri çox olubdur.

"Hansı fermerlər ki, bağlarını sığortalayıb onlar müəyyən kompensasiya alacaqlar. Bağların sığortası elə də baha deyil. Zəhmət olmasa bağlarınızı sığortalayın. Kənd təsərrüfatı, meyvəçilik və bağçılıq həmişə riskli sahə olub."

Aqrar sığorta fondundan bildirildi ki, səbəbləri dəqiq müəyyən edilə bilmədiyi üçün meyvə bağlarının çiçəklərinin mayalanmasına görə sığorta mövcud deyil. Lakin meyvə bağları 20-dək riskdən o cümlədən leysana görə sığortalanır.

Qeyd edək ki, Tovuzda 1559,1 hektar meyvə bağı var.

Prime Leasing