SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Şimal-Qərb rayonlarında əhaliyə çağırış: Tap öldür!

Şimal-Qərb rayonlarında əhaliyə çağırış: "Tap öldür!"

  • 09 oktyabr 2025, 14:34

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərində əhali özü də fəal iştirak etməlidir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Yurd.Media-ya bildirilib.

Qeyd olunub ki, Zaqatala və Balakən rayonlarında zərərvericilərə qarşı "Tap öldür" kampaniyası həyata keçirilir.

Məlumata görə, nazirliyin Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib, feromon tələlər quraşdırılıb və mübarizə tədbirləri həyata keçirilib.

Zərərvericiyə qarşı mübarizə məqsədilə cari ilin əvvəlindən başlayaraq 51 rayonda 10 min 736 ədəd feromon tələ quraşdırılıb. Aşkarlanmanın sıx olduğu 8 rayonda 2385 ədəd feromon tələ "Cəlb et məhv et" stansiyası quraşdırılıb. Monitorinqlər nəticəsində zərərvericinin yetkin fərd və nimfaları əsasən şimal-qərb və qərb bölgələrində quraşdırılmış feromon tələlərdə müşahidə edilib. Sirayətlənmə səviyyəsinin yüksək olduğu ocaqlarda da bütün təhlükəsizlik qaydaları nəzərə alınmaqla kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Tədbirlər davam etdirilir.

Məlumatda bildirilib ki, agentliyin texniki avadanlıqlarla təmin olunmuş mütəxəssislərdən ibarət qrup Zaqatala və Balakən rayonlarına ezam olunub:

"Mübarizə və maarifləndirmə tədbirləri həyata keçirilir. "Tap öldür" kampaniyası çərçivəsində əhali özü də mübarizə tədbirlərində fəal iştirak etməlidir. Zərərvericinin sərhədboyu miqrasiya etmə ehtimalını nəzərə alaraq, sərhəd kəndlərində monitorinq tədbirləri gücləndirilib. Xüsusilə, Balakən, Zaqatala, Qax, Ağstafa, Qazax, Şabran, Qusar, Quba və Xaçmaz rayonlarının sərhəd kəndlərində mütəmadi olaraq monitorinq tədbirləri aparılır və əhalinin maarifləndirilməsi davam etdirilir".

Prime Leasing