SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Kənd Təsərrüfatı Nazirliyi niyə Bakıda oturmalıdır ki? - VİDEO

"Kənd Təsərrüfatı Nazirliyi niyə Bakıda oturmalıdır ki?" - VİDEO

Regionlardan köçün obyektiv yollarla qarşısını almaq üçün, bir neçə böyük və cəlbedici şəhərlər olmalıdır.

Bunu iqtisadçı Natiq Cəfərli Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında “Yurddaş” verilişində müsahibəsində bildirib.

O bildirib ki, əgər yarım, bir milyonluq bir neçə şəhər olarsa, bu zaman onlar artıq cazibə mərkəzinə çevriləcək:

"Ümumiyyətlə Azərbaycanda  hələ regionlardan şəhərlərə köç, yəni urbanizasiya tam başlamayıb. Normal başlasa ən azı yaxın 15-20 ildə milyon yarım, iki milyon insan regionlardan köçəcək. İqtisadi fürsətlərin rayonlara paylanması ilə yanaşı, mədəni və sosial həyatın yaxşılaşdırılması ilə paralel olaraq, idarəetmənin özünün də baxışı dəyişdirilməlidir".

N.Cəfərli qeyd edib ki, Bakının bu qədər yüklənməsinə səbəblərdən biri bütün hökümət orqanlarının Bakıda olmasıdır:

"Yaxşı olar ki, Konstitusiya və Ali məhkəmə Xankəndində olsun və ya Kənd Təsərrüfatı Nazirliyi Gəncədə olsun, Turizm Agentliyi Şəkidə olsun. Bu ölkənin də qaynayıb-qarışmasına səbəb olacaqdır. Bir yerdən başqa yerə gedəcəklər və ya bzines və mədəni əlaqələr qurulacaq".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları