SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib?

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib?

  • 24 may 2025, 22:32

Bu ilin ilk dörd ayında ölkəyə 756 milyon 423,96 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların ehtiyat hissələri idxal olunub. 

Yurd.Media Valyuta.az-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 108 milyon dollardan çox və ya 16,7% artım deməkdir. Məlumata görə, cari ildə nəqliyyat vasitələrinin ümumi idxaldakı payı 9,30% təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında bu göstərici 648 milyon 094,89 min dollarla ümumi idxalda 11,86% paya sahib olub.Son dörd ilin məlumatlarına nəzər saldıqda, 2023-cü ildə nəqliyyat vasitələri və onların hissələrinə 787 milyon 739,34 min dollar xərclənib, ümumi idxalda payı isə 14,87% təşkil edib.

Bu dövr ərzində idxalda ən yüksək məbləğ məhz həmin ildə qeydə alınıb. 2022-ci ilin ilk dörd ayında isə Azərbaycana gətirilən nəqliyyat vasitələrinin dəyəri 525 milyon 183,63 min dollar olub. 2023-cü ildə bu rəqəm ilə müqayisədə 262 milyon dollar və ya 49,9% artım müşahidə edilib. Həmin ildə ümumi idxaldakı pay 13% təşkil edib. Ən aşağı göstərici isə 2021-ci ilə aiddir. Həmin ilin eyni dövründə bu sahədə idxal 383 milyon 458,34 min dollar, ümumi idxal payı isə 10,87% olub.

Prime Leasing
SPE Annual Caspian