SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycan qızıl və gümüş istehsalını artırdı

Azərbaycan qızıl və gümüş istehsalını artırdı

  • 12 dekabr 2025, 18:27

Azərbaycan qızıl və gümüş istehsalını artırdı.

Dövlət Statistika Komitəsindən Yurd.Media-ya bildirilib ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2815 kq qızıl, 3505.5 kq isə gümüş istehsal edilib.

Ölkədə qızıl istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.7%, gümüş istehsalı isə 14.4% artıb.

Qeyd edək ki, 2025-cü il dekabr ayının 1-nə Azərbaycanda qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 155 kq və 885.3 kq təşkil edib.

Xatırladaq ki, 2024-cü il ərzində ölkədə 2663.5 kq qızıl, 3184.9 kq isə gümüş istehsal edilib.

Prime Leasing
SPE Annual Caspian