SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Azərbaycanda əhalinin gəlirləri inflyasiyanı üstələyib

Azərbaycanda əhalinin gəlirləri inflyasiyanı üstələyib

  • 12 dekabr 2025, 13:41

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 80 milyard 747,2 milyon manat təşkil edib. 

Bu barədə Yurd.Media-ya Dövlət Statistika Komitəsindən bildirilib. 

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,1% çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 7,7% artaraq 7 883 manata çatıb. 

Xatırladaq ki, 11 ay ərzində Azərbaycanda istehlak qiymətləri 1 il əvvələ nisbətən 5,7% artıb. Başqa sözlə, əhalinin gəlirləri inflyasiyanı üstələyib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları