SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Qazaxın azad olunan kəndlərinin tikinti layihələri hazırlanır

Qazaxın azad olunan kəndlərinin tikinti layihələri hazırlanır

  • 01 may 2025, 10:57
Qazax

Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

Yurd.Media xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Qazax Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.

Prime Leasing