SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Prezidentdən 2 bank və 1 BOKT-la bağlı qərar

Prezidentdən 2 bank və 1 BOKT-la bağlı qərar

  • 08 yanvar 2026, 13:42

Azərbaycanda dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” və “Azər-Türk Bank” ASC-lərin, eləcə də “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) yenidən təşkilinə və ləğvinə Prezident İlham Əliyev qərar verəcək.

Yurd.Media xəbər verir ki, Dövlət başçısı bu gün imzaladığı fərmanla 7 avqust 2009-cu il tarixli "Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında" fərmanını dəyişib.

Bundan başqa, fərmana əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının müəyyən edilməsi məsələlərini prezidentlə razılaşdırmalı olacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları