2025-ci ildə Naxçıvan şəhərində 690,4 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yurd.Media xəbər ki, bunu Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü ildə şəhərdə yaradılmış iqtisadi dəyərlə müqayisədə 9,9% çoxdur.
Dövlət Statistika Komitəsi hələ ki, ötən il ölkədə iqtisadi artımın nə qədər olduğunu açıqlamayıb. 11 ayın yekununda isə Azərbaycanda ÜDM 1,6% artım nümayiş etdirib. İstənilən halda Naxçıvanda iqtisadi inkişaf göstəricisi ölkə üzrə orta göstəricini bir neçə dəfə üstələyir.