Azərbaycanda bir neçə melioservis idarəsi ləğv edildi.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, bunlar Neftçala Melioservis İdarəsi və Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Ucar Melioservis İdarəsi, Yevlax Melioservis İdarəsi və Bərdə Melioservis İdarəsidir.
Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin rəisi Nizami Nəsirovdur. İdarənin hazırda dövlətə 93285.84 manat borcu vardır.
Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi isə 1995-ci ildə yaradılıb və rəisi Ramis İsmayılovdur.
Yevlax Melioservis İdarəsi 1999-cu ildə yaradılıb, rəisi Cəsarət Zülüyevdir.
Bərdə Melioservis İdarəsi 2002-ci ildə yaradılıb, rəisi Nüsrət Məmmədovdur. İdarənin hazırda dövlətə 8532.45 manat borcu vardır.