SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bu şirkətin borcunun 60%-ni dövlət ödəyə bilər

Bu şirkətin borcunun 60%-ni dövlət ödəyə bilər

  • 30 yanvar 2026, 14:58

İpoteka və Kredit Zəmanət Fondu "Azərmaş Group" MМС-nin "Bakı Fond Birjası" (BFB) QSC-də yerləşdirmək istədiyi 10 milyon manatlıq faizli, sənədsiz, adlı istiqrazın 6 milyon manatlıq hissəsinə dövlət zəmanəti verib.

Bu barədə Yurd.Media-ya Fonddan bildirilib.

Başqa sözlə, yerli avtomobil istehsalçısı istiqraz emissiyası hesabına əldə edəcəyini vəsaiti vaxtında investorlara geri qaytara bilməsə, onun borcunun 60%-ni dövlət ödəyəcək.

Bu, Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi ilə bağlı ilk haldır.

Xatırladaq ki, hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 3 il tədavüldə olacaq.

Onlara illik 13% gəlirlilik vəd olunub. Faizlər 3 aydan bir ödəniləcək. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Hərracın tarixi hələ açıqlanmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları