SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Beş ayda Azərbaycana 500 min tondan çox buğda idxal edilib

Beş ayda Azərbaycana 500 min tondan çox buğda idxal edilib

  • 20 iyun 2025, 15:36

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 110 milyon 435.6 min ABŞ dolları dəyərində 510 430 ton buğda idxal edilib.

Yurd.Media xəbər verir ki, “APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı həcm baxımından 55.4% və ya 181.9 min ton, məbləğ baxımından isə 51.6% və ya 37.8 milyon ABŞ dolları çoxdur. Ötən ilin ilk 5 ayında Azərbaycana 72 milyon 676.3 min ABŞ dolları dəyərində 328 min 542 ton buğda idxal edilmişdi.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.11%-nə bərabər olub.

Qeyd edək ki, bu dövrdə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.2% azalaraq 367.8 manat təşkil edib.

Prime Leasing