Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 4 ilə yaxındır ki, Azərbaycan Mərkəzi Bankından (AMB) bank fəaliyyəti üçün yeni lisenziya almır.
Yurd.Media xəbər verir ki, bu barədə AMB-nin internt səhifəsində bildirilir.
Məlumata əsasən, tənzimləyici qurum sonuncu dəfə 2022-ci ilin iyun ayında dövlət şirkətinin Zəngilan rayonunun Ağalı kəndində yerləşən poçt şöbəsinə bank lisenziyası verib. Bu, işğaldan azad edilmiş ərazilərdə bank xidmətləri göstərən yeganə şöbədir.
Ümumilikdə isə hazırda 910 poçt şöbəsi sözügedən lisenziyaya malikdir. Ölkə üzrə şöbələrin ümumi sayı isə təxminən 1 400-dür.