Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 52,8%-i ixracın, 47,2%-i isə idxalın hesabına formalaşıb.
Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı, xarici ticarət əməliyyatları barədə 7 aylıq statistik icmalda bildirilir.
Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın xarici ticarətində ixracın payı 7,1 faiz bəndi azalıb, təbii olaraq idxalın payı o qədər artıb.