Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 44,6 milyard ABŞ dolları dəyərində xarici ticarət əməliyyatları aparıb ki, bunun da 23,4 milyard dolları və yaxud 52,5%-i ixracın dəyəri olub.
Bu barədə Yurd.Media-ya Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın xarici ticarətdə payı 4 faiz bəndi azalıb. Əvəzində idxalın xarici ticarətdə payı 43,5%-dən 47,5%-ə yüksəlib.